Qiorqi Şarvaşidze Gürcüstanın Ermənistandakı səfiri təyin edildi
Tbilisi Dövlət Universitetinin keçmiş rektoru, Qiorqi Şarvaşidze Gürcüstanın Ermənistandakı səfiri təyin edilib.

Gürcüstanın Ermənistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili görüşüb.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, hökumət başçısı diplomatı yeni vəzifəsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd olundu ki, Gürcüstan Respublikası ilə Ermənistan Respublikasını sıx dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir və gələcəkdə müxtəlif sahələrdə aktiv əməkdaşlığa ümidvar olduğunu qeyd edib.

Qiorqi Şarvaşidze müxtəlif illərdə Təhsil və Elm Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin birinci müavini işləyib. Elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 2016-2022-ci illərdə Tbilisi Dövlət Universitetinin rektoru işləyib. Bundan başqa 2004-2013-cü illərdə Budapeştdə Açıq Cəmiyyət İnstitutunda Akademik Dəstək Proqramının direktoru vəzifəsində çalışıb.

Qiorqi Şarvaşidze pedaqoji elmlər namizədi, Avropa Akademiyasının həqiqi üzvü, orden ilə təltif edilmişdir. Monoqrafiyaların və elmi məqalələrin müəllifidir.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google