“Vivamed” bildirib ki, Saakaşvilinin reanimasiyaya köçürülməsinə ehtiyac yoxdur
“Vivamed”in klinik direktoru Zurab Çxaidze bildirib ki, Mixeil Saakaşvilini reanimasiya şöbəsinə köçürmək lazım deyil. Gürcüstanın həbsdə olan üçüncü prezidentinin dünən koronavirusa yoluxduğu təsdiqlənib. “Vivamed”in nümayəndəsi klinikanın girişində Saakaşvilinin vəziyyəti ilə bağlı jurnalistlərə danışıb.

"Şuranın qərarına əsasən, xəstə palatada qalır və müalicəsi davam edir. Palata reanimasiya şöbəsində olan bütün avadanlıqlarla təchiz olunub... Reanimasiyaya keçməkdən söhbət gedə bilməzdi... Əlbəttə... , onun ümumi vəziyyətini nəzərə alsaq, bütün bunlar riskləri ehtiva edir.Proqnoz vermək çətindir, gözlənilən risklər var, təbii ki, amma bu mərhələdə vəziyyət stabildir və kovidin yüngül təzahürüdür.Xəstəlik olmasa belə, kovid mürəkkəbdir, bilirsiniz", - deyə bildirib.

Onun vəkili Şalva Xaçapuridze dünən, yanvarın 24-də eks-prezidentin koronavirusa yoluxması ilə bağlı məlumat yayıb. Elə dünən “Vivamed”in klinik direktoru Zurab Çxaidze AzadlıqRadiosuna bildirib ki, Saakaşvilinin vəziyyəti stabildir.

Print Email
FaceBook Twitter Google