Marneuli meriyası 2023-cü il ərzində gənclərə dəstək üçün büdcədə
110 000 lari nəzərdə tutub.
Gənclər üçün ayrılmış vəsaitin gənclərin inkişafına dəstək
sisteminin yaradılmasına, tələbələrin gediş haqqının
maliyyələşdirilməsinə, gənc ideyalar müsabiqəsinə, tələbələrin
həvəsləndirilməsinə bölünməsi nəzərdə tutulub.
“Gənclərin qərarların qəbulu prosesində iştirakını
təmin edəcək, qeyri-formal təhsil, məlumatın əlçatanlığı,
təhlükəsizlik, sağlam mühit, bərabər imkanlar yaradacaq, gənclərin
inkişafına dəstək olan və institusional şəkildlə formalaşmış
sistemin yaradılması. Bələdiyyə Məclisi tərəfindən təsdiqlənmiş
“Təşəbbüslərin qarşılıqlı maliyyələşdirilməsi və gənc ideyaların
həyata keçirilməsi qaydasına” müvafiq olaraq, gənclər təşkilatları,
təşəbbüs qrupları, fəal gənclər tərəfindən təqdim ediləcək
layihələrin maliyyələşdirilməsi üçün gənc ideyalar müsabiqəsi elan
olunacaq”, – Gənclərə dəstək proqramının
məqsədlərində yazılıb.
Gənclərə dəstək proqramına görə, Bələdiyyə Məclisi tərəfindən
təsdiqlənmiş “Marneuli bələdiyyəsi ərazisində qeydiyyatdan keçmiş
tələbələrin gediş haqqına dəstək göstərmə qaydası” və “Marneuli
bələdiyyəsi ərazisində qeydiyyatdan keçmiş uğurlu tələbələrin
həvəsləndirilməsi qaydasına” uyğun olaraq tələbələrin
həvəsləndirilməsi məqsədi ilə mer mükafatı veriləcək, özünüidarə
tərəfindən akkreditasiyadan keçmiş təhsil müəssisələrinin fəal
tələbə statusu olan tələbələrin gediş haqqı təmin olunacaq.
Qeyd edək ki, Marneuli yerli özünüidarəsi 2022-ci il ərzində gənc
ideyalar müsabiqəsi elan etməyib.
Tələbə statusu olan şəxslər gediş haqqına dəstək almaq üçün tədris
rübünün yenilənməsi ilə yanaşı meriyaya yenidən sənədlər təqdim
etməlidirlər.
Sənədlərin qəbulu 20 marta qədər davam edəcək. Proqram tələblərə
gediş haqqı üçün il ərzində 10 ay, ayda 50 lari dəstək
göstərilməsini nəzərdə tutur.
Proqramdan yalnız müvafiq hədəf qrupun nümayəndələri yararlana
biləcək. “4+1” proqramı çərçivəsində hazırlıq kursunda təhsil
alanlar və birinci kursun, birinci rübün tələbələri meriyanın
maliyyələşdirməsindən faydalana bilməyəcəklər.
Nəqliyyat xərclərinə dəstək göstəriləcək:
- Aztəminatlı tələbələr (30 000-dək reytinq balı
olanlar);
- Xüsusi ehtiyacı olan tələbə;
- Yüksək akademik iştirakı olan tələbə (Bütün fənlərdən
ən az 91 ballıq qiyməti olan);
- Pedaqoji ixtisas sahəsində təhsil alan (Ən az A,B,C –
akademik balı olan);
- İbtidai sinif pedaqogikası fakültəsinin
tələbəsi;
- Gürcü dili və ədəbiyyatı fakültəsinin
tələbəsi;
- Biologiya fakültəsinin tələbəsi;
- Kimya fakültəsinin tələbəsi;
- Fizika fakültəsinin tələbəsi;
- Tarix fakültəsinin tələbəsi;
- Riyaziyyat fakültəsinin tələbəsi;
- Məcburi qaçqın statusu olan tələbə;
- Çoxuşaqlı ailədən olan tələbə (18 yaşa çatmamış ən azı
3 uşağı olan);
- Ailədə də ən azı 3 tələbəsi olan
tələbələr;
- Veteran övladı olan tələbə;
- Ata-anası olmayan tələbə.
Maraqlanan şəxslər qərarla nəzərdə tutulmuş sənədlərlə yanaşı
ərizəni Marneuli meriyasının dəftərxanasına verməli və ya
bələdiyyənin rəsmi elektron poçt ünvanına göndərməlidirlər:
CLOAKING