“Vahid Milli Hərəkat”ın sədri seçkiləri üçün seçicilərin qeydiyyatı başa çatıb
“Vahid Milli Hərəkat”ın sədri seçkisi ilə bağlı seçicilərin qeydiyyatı başa çatıb.

Partiyanın yaydığı məlumata görə, 49 756 nəfər səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçib.

Qeydiyyat başa çatdıqdan sonra yaxın iki gün ərzində qeydiyyatdan keçmiş şəxslər yoxlanılacaq. Xüsusən də sədrliyə namizədlərin nümayəndələrindən ibarət xüsusi qrup qeydiyyatdan keçən şəxsin real partiya tərəfdarı olub-olmamasını, prosesi gözdən salmağa cəhd edib-etmədiyini öyrənəcək.

Bir şəxsin həqiqətən də VMH-ın tərəfdarı olub-olmadığını müəyyən etmək üçün bu şəxsin qeydiyyat zamanı avtomatik olaraq qeyd olunan Facebook səhifəsi yoxlanılacaq.

Bundan sonra səsvermə prosesi yanvarın 28-i səhər saat 10:00-da başlayacaq və yanvarın 30-u saat 10:00-da başa çatacaq.

“Vahid Milli Hərəkat”ın sədri seçkilərində Nika Melia, Levan Xabeişvili, Qiorqi Mumladze və Nona Mamulaşvili iştirak edir.

Qeydiyyat, eləcə də səsvermə unikal texnoloji platforma olan “Blockchain” sistemindən istifadə etməklə elektron şəkildə həyata keçirilir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google