Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun
Tbilisi Moskva ilə dialoquna mənfi təsiri var.
Bunu Gürcüstanın müxalif Vətəndaşlar Partiyasının üzvü Aleko
Elisaşvili deyib.
“Bu şəxs öz solo rolunu oynayır və ölkələr arasında
münasibətləri korlamaqla Ukraynada kiməsə xoş gəlmək istəyir. Belə
bir zamanda səfir və ya səfir səlahiyyətlərini icra edən şəxs
münasibətləri normallaşdırmağa çalışmalıdır”, - o
bildirib.
Siyasətçinin sözlərinə görə, ukraynalı diplomat “suyu bulandırır”,
bu da onları məyus etməyə bilməz:
“Kiyev digər ölkələrlə hava əlaqəsi məsələsinə qarışa
bilməz”.