Gürcüstan XİN: Azərbaycanın İrandakı səfirliyinə hücumu şiddətlə qınayırıq
Biz Azərbaycanın İrandakı səfirliyinə hücumu şiddətlə qınayırıq.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında belə qeyd olunub.

"Azərbaycanın İrandakı səfirliyinə hücumu şiddətlə qınayırıq. İstənilən diplomatik nümayəndəliyə qarşı hər hansı zorakılıq tamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə başsağlığı veririk", - bəyanatda qeyd olunub.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.


Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google