İran Müdafiə Nazirliyi itki olmadığını, hərbi zavoda ciddi ziyan
dəymədiyini bildirir
Şənbədən bazara keçən gecə İranın İsfahan şəhərindəki hərbi zavod
pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
İran Müdafiə Nazirliyinin məlumatına görə, PUA-lar hava hücumundan
müdafiə sistemləri ilə vurulub, itki yoxdur və zavoda da ciddi
ziyan dəyməyib.
İran hakimiyyəti pilotsuz təyyarələrin hansı ölkəyə aid olması ilə
bağlı hələki bir məlumat vermir.
İran mediası ölkənin paytaxtı Tehranda, Təbriz və Dezful
şəhərlərində - strateji obyektlərdə və neft emalı zavodlarında
partlayışlar və yanğınlar olması barədə məlumatlar verir.
İyul ayında İran İsfahanda hərbi kompleksi partlatmaq niyyətində
olduğu iddia edilən bir qrup kürd diversantın həbs olunduğunu elan
edib. Onlar İsrailə işləməkdə ittiham olunublar.