Ad günü mərasiminə silahlı hücum zamanı 8 nəfər ölüb
Polisin bazar ertəsi bildirdiyinə görə, həftə sonu Cənubi Afrika qəsəbəsində silahlı şəxslərin ad günü qeyd edən bir qrup insanı atəşə tutması nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ad günü qeyd edilən şəxs də cənubdakı keçmişdə adı Port Elizabet, indi liman şəhəri Gberhada baş verən kütləvi atışma zamanı öldürülənlər arasında olub.

"Bazar günü axşam ev sahibi ad gününü qeyd edəndə iki naməlum silahlı şəxs həyətə girərək qonaqlara atəş açmağa başlayıb" - deyə, polisin açıqlamasında bildirilib.

Polis silahlı şəxslərin "qonaqlara məhəl qoymadan atəş açıblar" deyib və əlavə edib ki, "8 nəfər ölüb, 3 nəfər isə hələ də xəstəxanada həyatları üçün mübarizə aparır. Ölənlər arasında ev sahibi də var".

Hücumun səbəbi məlum deyil.

Hücumla bağlı istintaqa başlanıb və polis hadisəni törədənlərin axtarışının davam etdiyini bildirib.

Cənubi Afrikada silahlı hücum tez-tez baş verir.

Keçən il Cənubi Afrikanın Yohannesburq və şərqdəki Pitermartzburqdakı ayrı-ayrı barlarda təxminən 20 nəfərin ölümünə səbəb olan silsilə atışmalar baş verib.


Print Email
FaceBook Twitter Google