Moldova Prezidenti Maya Sandu Gürcüstanın sabiq dövlət başçısı
Mixeil Saakaşvilinin azad olunması ilə bağlı çağırış edib.
Bu barədə Maya Sandu "Twitter"də paylaşım edib.
“Mixail Saakaşvilinin kritik fiziki vəziyyəti son
dərəcə narahatedicidir. Müxalifət liderinin işgəncə ilə öldürülməsi
Avropa İttifaqına üzv olmaq istəyən bir ölkə üçün qəbuledilməzdir.
Saakaşvili dərhal azad edilməli və müalicə üçün xaricə
göndərilməlidir”, - Moldova dövlət başçısı
vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də tviter hesabında
Saakaşvili ilə bağlı məlumat paylaşıb.
“Ukrayna vətəndaşı, Gürcüstanın keçmiş prezidenti
Mixeil Saakaşvili tədricən öldürülür”.
Qeyd edək ki, bir neçə gün əvvəl də Saakaşvili də başına gələnlərin
Ukrayna lideri üçün mesaj olduğunu bildirib.
“Mənim
başıma gələnlər Ukrayna Prezidenti Volodimir Zelenski üçün açıq
“mesaj”dır, - sabiq prezident deyib.
Zelenski Gürcüstan hakimiyyətini öhdəliklərini yerinə yetirməyə
Saakaşvilini azad etməyə çağırıb.