Ukrayna lideri Vladimir Zelenskinin Gürcüstanın həbsdə olan
eks-prezidenti Mixail Saakaşvilinin taleyi ilə üzləşəcəyinə əminəm.
Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova Baydenin Kiyevə səfərini
şərh edərkən deyib.
“Bayden və Zelenskinin görüşünə baxanda əvvəlki Amerika
layihələrinin taleyini unutma! Saakaşvilinin, Quaidonun taleyi
həyatını amerikalılara satanların hamısını gözləyir. Dünya Mişanın
çarpayısına qədər belə gedə bilməməsinin görüntülərini izlədi.
Lakin onların CNN-in əlinə necə düşdüyü məlum deyil. Bəs bu lenti
kim fırladır? Cavab ABŞ-dan gəldi. “Röyters” ABŞ Ədliyyə
Nazirliyinin məlumatlarına əsaslanaraq araşdırmasını dərc edib.
Məlum olub ki, Saakaşvilinin vəkili Massimo Di Ancelo “təsadüf”
nəticəsində ABŞ-ın “Akerman” lobbi qrupunun üzvüdür. Saakaşvili
Qərbin işləyib hazırladığı materialdır”, - o
bildirib.
Zaxarova qeyd edib ki, Saakaşvili Qərbdə xatırlanmaq üçün pul
ödəyir:
“Təfərrüat aydınlaşdıqdan sonra gürcü jurnalistlər
dərhal Mişa ilə bağlı dosyeni araşdırmağa başladılar. Onlar müəyyən
ediblər ki, Saakaşvili Tiflisdən çıxmaq, həmvətənlərinin
ədalətindən xilas olmaq üçün artıq bir milyon dollara yaxın pul
xərcləyib”.