"2014-cü ildə İvanişvili Putindən üzr istədi" — Samnidze
Respublikaçılar Partiyasının lideri Xatuna Samnidzenin sözlərinə görə, 2014-cü ildə Bidzina İvanişvili Avropa Şurasındakı “Respublika Partiyası”nın nümayəndələrinin tənqidi çıxışına görə Rusiya prezidenti Vladimir Putindən üzr istəyib:

“2014-cü ildə “respublikaçılar” Tina Xidaşeli və Levan Berdzenişvili Avropa Şurasında çox sərt bəyanatlarla çıxış etdilər, Ukraynanın Krımını, Donbası çox sərt şəkildə müdafiə etdilər, Rusiya əleyhinə bəyanatlar verdilər, Sonra Bidzina İvanişvili bizə, “respublikaçılara” dedi ki, bu çıxışlar o qədər gərgin idi ki, mən Putindən üzr istəməyə məcbur oldum”, - Xatuna Samnidze “Reaksiya”da bildirib.

Samnidzenin sözlərinə görə, İvanişvili bu barədə Davit Berdzenişviliyə şəxsən deyib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google