ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Rusiya qanun layihəsi ilə
bağlı jurnalistlərə açıqlamasında bildirib ki,
Gürcüstanın bu qanuna ehtiyacı yoxdur və aydındır ki, kim bu qanun
layihəsinə səs versə, Gürcüstanın Avro-Atlantik gələcəyinə ziyan
vurmaqda birbaşa məsuliyyət daşıyacaq.
Onun sözlərinə görə, bu qanun qəbul olunarsa, gürcülərə kömək etmək
üçün çalışan, ictimai həyatı yaxşılaşdırmağa çalışan həmin təşkilat
və qrupların fəaliyyəti dayandırılacaq.
“Ona görə də mənim sualım ondan ibarətdir ki, bu [qanun
layihəsinə] Gürcüstanda nə ehtiyacı var, bu layihənin əsl məqsədi
nədir, Gürcüstanın əksəriyyətinin öz prioritetlərini və istəklərini
bəyan etdiyi halda, Gürcüstana lazım olmayan və Gürcüstanın
Avro-Atlantik gələcəyinə ziyan vurmaq üçün məsuliyyət daşıyacaq bu
təkliflərin irəli sürülməsinin arxasında əslində nə
dayanır”, - Kelli Deqnan bildirib.