NATO Tbilisidə 1-ci oxunuşda qəbul edilmiş qanun layihəsindən
narahatdır.
Bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu
üzrə köməkçisi Xavier Kolomina tvitter paylaşımında bildirib.
“NATO-ya üzv olmaq istəyən Gürcüstan üçün önəmli olan
ölkədə media azadlığı və vətəndaş cəmiyyəti üçün düzgün çərçivəyə
malik olmaqdır. Bu qanun layihəsi geriyə addımdır və Gürcüstanın
Avro-Atlantik inteqrasiya məqsədini irəliyə aparmır”,
- deyə paylaşımda qeyd edilib.