Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Gürcüstanda baş
verən hadisələrdən dərin narahatlıq keçirdiyini bildirib.
Şarl Mişel bununla bağlı "Twitter" hesabında paylaşım edib.
"Dinc etiraz hüququ istənilən demokratiyanın əsasını
təşkil edir. "Xarici təsir" qanununun qəbulu Gürcüstanda
əksəriyyətin arzuladığı Aİ-yə inteqrasiya yoluna uyğun deyil.
Qanunun aliliyinə və insani dəyərlərə sadiqlik Aİ layihəsinin
əsasında dayanır", - deyə Aİ Şurasının Prezidenti
vurğulayıb.