Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Vladimir Zelenskini və
digər ukraynalı siyasətçiləri Tbilisidə keçirilən etiraz
aksiyalarını dəstəklədiklərinə görə qınayıb.
Bu barədə Baş nazir IMEDI telekanalının efirində bildirib.
“Siz Zelenskinin müraciətini qeyd etdiniz. Müharibə
vəziyyətində olan ölkənin başçısı bir neçə min nəfərin keçirdiyi
destruktiv aksiyaya vaxt tapıb reksiya verirsə bu onu göstərir ki,
həmin şəxs burada da nələrinsə dəyişəcəyində
maraqlıdır”, - deyə Qaribaşvili bildirib.
Qaribaşvili həmçinin Ukrayna hakimiyyətinə əvvəlcə özlərinin və
ölkələrinin qayğısına qalmağı tövsiyə edib.
Mənbə: apa.az