İrakli Qaribaşvili ümid edir ki, ölkəsi 2023-cü ilin sonuna kimi Aİ-yə namizəd statusu alacaq
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ümid edir ki, ölkəsi 2023-cü ilin sonuna kimi Aİ-yə namizəd statusu alacaq.

Hökumət başçısı bu barədə "İmedi" televiziyasına müsahibəsində bildirib.

"Biz gözləyirik ki, əlimizdən gələni etdiyimiz üçün ilin sonuna kimi status alaq. Əgər söhbət layiqli qəbuldan gedirsə. Ölkəmiz namizəd statusuna layiqdir", - Qaribaşvili deyib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google