Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili 13-14 mart
tarixlərində İsveçdə rəsmi səfərdə olacaq.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin
məlumatında deyilir.
Nazirin səfər çərçivəsində İsveçin icra və qanunvericilik
orqanlarının nümayəndələri, habelə xarici işlər naziri və digər
siyasətçilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.