Gürcüstan Baş naziri İrakli Qaribaşvili və Avropa İttifaqı (Aİ)
səfirləri ölkənin Avropaya inteqrasiya prosesini müzakirə ediblər.
Bu barədə Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat
yayıb.
Qeyd olunub ki, Tbilisidə həmçinin Aİ Nümayəndəliyi tərəfindən
təşkil olunan Aİ səfirlərinin yüksək səviyyəli regional konfransı
keçiriləcək və bu görüşdə Aİ-nin və Avropa Komissiyasının yüksək
səviyyəli nümayəndələri, o cümlədən Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT)
təşəbbüsü, eləcə də Türkiyə və Avstriyadakı nümayəndə heyətlərinin
rəhbərləri iştirak edəcəklər.