Nə qədər ki vətənimdəyəm, Gürcüstana kömək etmək istəyirəm – Saakaşvili
Nə qədər ki vətənimdəyəm, Gürcüstana kömək etmək istəyirəm. Amma gələcəkdə Vladimir Zelenskiyə yardım edəcəm.

Bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkədə qeyd edib.

“Mən sadəcə sizə kömək etmək istəyirəm – nə dəqər ki buradayam; Kiyevə qayıdandan sonra tam şəkildə Zelenskiyə dəstəyə köklənəcəyəm və ola bilsin ki, Gürcüstana baxmaq üçün vaxt tapa bilməyim. İndi dəqiq pauza vaxtı deyil: bizim gəncliyə, bütün cəsur və qorxusuz patriotlara eşq olsun”, - Saakaşvili bildirib.

Print Email
FaceBook Twitter Google