Polşa həkimləri Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşviliyə
tibbi yardım göstərmək üçün Gürcüstana getməyə hazırdır.
Bu barədə Polşa hökumət kabinetinin mətbuat katibi Piotr Müller bu
gün keçirdiyi mətbuat brifinqində deyib.
"Hazırda biz bununla bağlı gürcü tərəfdən rəsmi razılıq
gözləyirik. Ümid edirik ki, belə bir razılıq olacaq. Əgər Gürcüstan
hakimiyyətinin özünü qınamağa, çəkinməyə heç bir səbəbi yoxdursa,
mən buna etiraz üçün heç bir səbəb görmürəm", - o
əlavə edib.
Piotr Müller vurğulayıb ki, Saakaşviliyə göstərilən tibbi yardım
beynəlxalq ictimaiyyətdə ciddi şübhələr yaradır.
"Biz Gürcüstana tibbi missiya yönəltməklə həmin
şübhələri bu şəkildə aydınlaşdırmağa hazırıq", - o
əlavə edib.