Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Azərbaycana gedecək
Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili yaxın günlərdə Azərbaycana səfər edəcək.

Bunu Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Toğrul Qafarbəyli bildirib.

Onun sözlərinə görə, səfərin məqsədi mayın 17-19-da Bakı Ekspo Mərkəzində keçiriləcək sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") iştirak etməkdir.

"Sözügedən sərgilərə hər il yüksək səviyyəli xarici rəsmilər gəlir", - deyə o qeyd edib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google