Rusiyanın 2022-ci ildə Ukraynada müharibəyə başlamasının səbəbi
NATO-nun genişlənməsi olub.
Bunu SLovakiyanın paytaxtı Bratislavada keçirilən Qlobal
Təhlükəsizlik Forumunda (GLOBSEC) Gürcüstanın Baş naziri İrakli
Qaribaşvili deyib.
“Əsas səbəblərdən biri NATO, NATO-nun genişlənməsi idi.
Eləcə də bir sıra digər səbəblər”, - Qaribaşvili
deyib.
Baş Nazir moderatorun növbəti “siz düşünürsünüz ki, NATO-nun
genişlənməsi müharibəni təhrik edib?” sualına cavabında əlavə edib
ki, səbəblərdən biri Ukraynanın alyansa üzv olmaq istəyi və
qətiyyəti olub:
“Spekulyasiya etmək istəmirəm. Rusiya hökumətinin
bəyanatlarına da istinad etmək istəmirəm. Amma səbəblərdən biri
Ukraynanın NATO üzvü olmaq istəyi və qətiyyəti idi. Ona görə də biz
nəticələri gördük”, - Qaribaşvili deyib.