Qaribaşvili: NATO-nun genişlənməsi Ukraynada müharibəyə səbəb olub
Rusiyanın 2022-ci ildə Ukraynada müharibəyə başlamasının səbəbi NATO-nun genişlənməsi olub.

Bunu SLovakiyanın paytaxtı Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda (GLOBSEC) Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

“Əsas səbəblərdən biri NATO, NATO-nun genişlənməsi idi. Eləcə də bir sıra digər səbəblər”, - Qaribaşvili deyib.

Baş Nazir moderatorun növbəti “siz düşünürsünüz ki, NATO-nun genişlənməsi müharibəni təhrik edib?” sualına cavabında əlavə edib ki, səbəblərdən biri Ukraynanın alyansa üzv olmaq istəyi və qətiyyəti olub:

“Spekulyasiya etmək istəmirəm. Rusiya hökumətinin bəyanatlarına da istinad etmək istəmirəm. Amma səbəblərdən biri Ukraynanın NATO üzvü olmaq istəyi və qətiyyəti idi. Ona görə də biz nəticələri gördük”, - Qaribaşvili deyib.

Mənbə: apa.az
Print