Suxumidə qondarma hökumətin istefası tələbi ilə mitinq başlayır
Bu gün, mayın 30-da Abxaziyada yerli müxalif siyasi qüvvələrin təşkilatçılığı ilə Suxumidə qondarma hökumət binası kompleksinin yaxınlığında genişmiqyaslı mitinq başlayır.

Mitinqin məqsədi opponentlərin fikrincə, “Abxaziyanın ən yaxşı torpaqlarını özgəninkiləşdirən”, “dövlət əleyhinə və dağıdıcı addımlar atan” qondarma hökumətin istefasını tələb etməkdir.

Yerli KİV-in məlumatına görə, hökumət binaları yaxınlığında təhlükəsizlik xidmətləri və milislər səfərbər olunub. Həmçinin binalara giriş yerlərində qoruyucu qurğular və bəndlər qurulur.

Mitinqə bir gün qalmış qondarma qurumun mühafizə orqanlarının və Baş Prokurorluğun rəhbərləri cəmiyyətdə qeyri-qanuni fəaliyyətin və sabitliyin pozulmasının qarşısını almaq üçün vətəndaşları asayişi qorumağa çağırıblar.

Mitinqdən əvvəl qondarma hökumətin binalarının yaxınlığında qoruyucu konstruksiyalar quraşdırılıb
Mitinqdən əvvəl qondarma hökumətin binalarının yaxınlığında qoruyucu konstruksiyalar quraşdırılıb

Print Email
FaceBook Twitter Google