Belarusun avtokratik lideri Aleksandr Lukaşenko 2025-ci ildə
keçiriləcək prezident seçkilərində də namizədliyini irəli
sürəcəyini açıqlayıb.
Məlumatı fevralın 25-də Belarus hökumət mediası BeITA yayıb.
“Onlara [müxalifətə] deyin ki, mən [prezidentliyə]
namizəd olacağam”. – deyə Lukaşenko ölkənin parlament
və yerli şuralarına seçkilərdə səs verdikdən sonra jurnalistlərlə
söhbəti zamanı bildirib.
Lukaşenkonun sözlərinə görə, “heç bir məsul prezident onun ardınca
gedən
xalqını döyüşə atmaz”.
Lukaşenkonun Belarus prezidenti olmasından 30 il ötür və bu dəfə o,
altıncı dəfə adı çəkilən vəzifədə çalışır.