Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu”
partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirlərin şəffaflığı
haqqında” qanun layihəsini veto qoyacaq.
Bu barədə Prezidentin parlament katibi Qiorqi Msxiladze bildirib.
O, Prezidentin Konstitusiya haqqından istifadə edəcəyini və qanunun
qüvvəyə minməsinin qarşısını alacağını vurğulayıb.
Msxiladzenin sözlərinə görə, parlamentin bu gün keçirilən büro
iclasında hakim partiyanın ötən il verdiyi vədinə
uyğun olaraq
qanun layhəsinin qeydiyyatdan keçirilməməsi, komitə iclaslarında
müzakirəyə çıxarılmaması tələb edilib.
Qeyd edək ki, “Gürcü Arzusu” partiyası ötən il “Xarici agentlər
haqqında” adı ilə parlamentə təqdim etdiyi, lakin Tbilisidə
iğtişaşlar səbəbilə ləğv etdiyi qanun layihəsini aprelin 3-də
yenidən parlamentə təqdim edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.