Parlamentin qarşısında keçirilən etiraz aksiyası zamanı "TV
Pirveli"nin jurnalisti Mariam Qafrindaşvili
və onun operatoru Papuna Xaçidze xəsarət alıblar.
"TV Pirveli"nin jurnalisti Maka
Andronikaşvilinin canlı yayımda
verdiyi məlumata görə, Mariam Qafrindaşvilinin ehtimal ki, başı
zədələnib. Onun sözlərinə görə, Qafrindaşvili huşunu itirmə
epizodları keçirib.
Mariam Qafrindaşvili təcili tibbi yardım maşını ilə İnqorokva
Klinikasına aparılıb.