Xüsusi Tapşırıqlar Departamentinin Operativ Planlaşdırma Şöbəsinin
rəhbəri İrakli Şaişvelaşvili Gürcüstan Daxili İşlər Naziri Vaxtanq
Gomelauriyə vəzifəsindən azad olunması ilə bağlı müraciət edib.
Şaişvelaşvili bildirib ki, onun istefasının səbəbi ailə şəraitidir.
O, müraciətində qeyd edib:
"Xahiş edirəm, ailə şəraiti ilə əlaqədar məni tutduğum
vəzifədən azad edib Gürcüstan Daxili İşlər Nazirliyi sıralarından
tərxis edəsiniz."
İrakli Şaişvelaşvili bu
bəyanatını öz şəxsi “Facebook” səhifəsində
yayımlayıb və paylaşımına Gürcüstan və Avropa İttifaqının
bayraqlarını əlavə edib. Hazırda Daxili İşlər Nazirliyi bu bəyanata
rəsmi reaksiya verməyib, Şaişvelaşvilinin şəxsi paylaşımı isə
sosial şəbəkədə müxtəlif reaksiyalara səbəb olub.
İrakli Şaişvelaşvili Xüsusi Tapşırıqlar Departamentində mühüm
vəzifə tuturdu. Onun istefasının nazirliyin operativ fəaliyyətinə
təsir göstərə biləcəyi ehtimal edilir, lakin hələlik bu vəzifəni
kimin tutacağı məlum deyil.
“Marneuli” radiosu vəziyyətin necə inkişaf edəcəyini izləməyə davam
edəcək və ictimaiyyətə ən yeni məlumatı təqdim edəcək.