Tbilisinin meri Kaxa Kaladze qarışıq döyüş sənəti (UFC) üzrə çeçen
əsilli rus döyüşçüsü Xamzat Çimaevlə
görüşüb. Çimaev Ramzan Kadırovun yaxın dostu kimi tanınır.
Bu barədə Çimaev öz Instagram hesabında yazıb. Paylaşılan postda o,
Kaladzenin "isti qarşılanmasına" görə təşəkkür edir. Məlumata görə,
Kadırov ona Mercedes-Benz markalı avtomobil hədiyyə edib və Çimaev
2021-ci ilin aprelində həmin avtomobillə
qəza keçirib.
2022-ci ildə Çimaev Kadırovun iki oğlu, Zelimxan və Adamın şəxsi
məşqçisi olub. O, həmçinin Kadırovun yanında olub, çeçen lideri
birbaşa efirdə onun idarəetmə formasını tənqid edən azyaşlını
öldürməklə hədələdiyi vaxt.
2023-cü ilin 23 oktyabrında isə, Həmasın İsrailə hücumundan bir
neçə həftə sonra, Çimaev Abu-Dabidə UFC turnirində qələbə
qazandıqdan sonra Kadırovla görüşərək bildirib ki, "ilk olaraq
Fələstinə getməyə" və "müsəlman qardaşları üçün ölməyə"
hazırdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415