Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 24-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
APA xəbər verir ki, İrakli Kobaxidze dövlətimizin başçısına ad günü
münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində
uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə
minnətdarlığını
bildirib.
Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında dostluq
münasibətlərinin bundan sonra da müxtəlif sahələrdə uğurla inkişaf
edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri və
qarşıdan gələn ildə yeni təmaslar barədə fikir mübadiləsi aparılıb.