Azərbaycan səfiri Arıxlı kəndində: yerli sakinlərin etirazı və Samira Bayramovanın şərhi
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev 30 dekabr tarixində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki azyaşlının həyatını itirdiyi Arıxlı (rəsmi adı Naxiduri) kəndinə baş çəkib. Səfir ailələrə dəstək məqsədilə onların vəziyyəti ilə maraqlanıb və yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışıb.
Mülki fəal Samira Bayramova sosial şəbəkədə yazıb:



“Bu günə qədər hökumət nümayəndələrindən heç kim kəndə gəlməyib, patrul polisi isə hələ də kənddədir. Bu halda səfirə təşəkkürdən başqa heç nə demirəm.” Samira Bayramova dövlətin etnik azlıqlara qarşı münasibətinin səthi olduğunu və yadlaşdırıcı siyasətə bənzədiyini vurğulayır:

“Səfiri göndəriblər ki, məsələyə baxsın və problemi necə həll etmək mümkün olduğunu öyrənsin. Bəs hökumətin öz nümayəndələri niyə getmir? Onlar niyə öz vətəndaşları ilə 600 kilometr məsafədən danışırlar? Dmanisidə baş verən hadisələrdə hansı standart tətbiq olunmuşdusa, indi də vəziyyət eynidir.
Hələ də suallar yaranır: etnik azlıqlar niyə inteqrasiya ola bilmir və niyə regionda bu cür hallar baş verir? Bu səthi və yadlaşdırıcı siyasət dövləti məhv edir!
” – Bayramova yazır.

30 dekabr tarixində Arıxlı (Naxiduri) kəndində sərxoş vəziyyətdə olan sürücü iki azyaşlını vuraraq onların ölümünə səbəb olub.



Hadisədən sonra kənddə yerli sakinlərin iştirakı ilə etiraz aksiyaları başlayıb. Sakinlər hesab edirlər ki, dövlət hadisəyə kifayət qədər diqqət ayırmayıb.
Hazırda sürücü həbs olunub,
patrul polisi hələ də kənddədir.
Print Email
FaceBook Twitter Google