İrakli Kobaxidze “Gürcü Arzusu” hökumətinin digər yüksək vəzifəli
şəxsləri ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib
və burada o, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd
bin Zayed Əl Nəhyan, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin
tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək Əl Nəhyan ilə görüşlər
keçirəcək.
Hökumət administrasiyasının məlumatına görə, səfər çərçivəsində
EMAAR inkişaf şirkəti ilə əməkdaşlıq
memorandumu imzalanacaq və bu
memorandum çərçivəsində Gürcüstana çox milyard dollarlıq
investisiya yatırılacaq. Abu Dabi Dövlət İnvestisiya Şirkəti və
onun logistik qolu olan Abu Dhabi Ports Group ilə də görüşlər
keçiriləcək.
Nümayəndə heyətinə Tbilisi meri Kaxa Kaladze və Acarıstan Muxtar
Respublikası Hökumətinin sədri Tornike Rijvadze də daxildir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415