“Batumelebi/Netgazeti” müstəqil media orqanının təsisçisi və
direktoru Mzia Amağlobeli 16 gündür aclıq aksiyası keçirir.
Amağlobeli yanvarın 11-dən 12-nə keçən gecə saxlanılıb. Həbs
olunandan bəri ona ancaq su verilir.
Mzia Amağlobeli Batumi polis rəisi İrakli Dqebuadzenin üzünə sillə
vurduğu üçün polis əməkdaşına hücum etməkdə ittiham olunur. Həbsi
zamanı Mzia Amağlobeli təhqir edilib və ona qarşı qeyri-insani
rəftar
edilib.
Onu 4 ildən 7 ilə qədər həbs gözləyir.
Mzia Amağlobeli yanvarın 14-də Batumi Şəhər Məhkəməsinin hakimi
Nino İsmaşvili tərəfindən həbs cəzasına məhkum edilib. Onun
qərarından Kutaisi Apellyasiya Məhkəməsinə şikayət verilsə də,
hakim hətta məsələyə baxmayıb. Müvafiq olaraq, Mzia Amağlobelinin
həbs qətimkan tədbiri qüvvədə qalıb.
Yanvarın 26-da Kutaisidə Mzia Amağlobelinin müraciətini baxılmaq
üçün qəbul etməyən hakimin evinin yaxınlığında etiraz aksiyası
keçirilib.
Jurnalistlər və digər vətəndaşlar hakim Malxaz Okropirişvilinin
evinin qarşısına toplaşıblar.
“Mzia Amağqlobeli ədalətsiz hakim tərəfindən
İvanişvilinin siyasi əsirliyində qalıb”. “Rusiya rejimi çöküb,
azadlıq parlayır”, – mitinqdə “Mountain News”un
təsisçisi və redaktoru Qela Mtivlişvili bildirib.
“Batumelebi”nin redaktoru Eter Turadze Gürcüstanın baş prokuroru
Qiorqi Qabitaşvili ilə görüş istəyib.
“Mən dəfələrlə tələb etmişəm, sizin də yayımınızdan
istifadə edərək baş prokurorun mənimlə görüşməsini tələb edirəm.
Mzianın səhhəti ilə bağlı məndə olan məlumatları, həmçinin indiki
mərhələdə onun əldə edə bilməyəcəyi digər məlumatları onunla
bölüşmək istəyirəm”, - Eter Turadze “Formula”ya
bildirib.
O, həmçinin həbsxana işçilərindən Mzia Amağlobeli yaxından
izləmələrini xahiş edib, çünki o, xarakter xüsusiyyətlərinə görə
"kiçik və ya böyük şikayətlər haqqında heç nə deyə bilməz".
Mzia Amağlobelinin aclıq aksiyasına paralel olaraq, etiraz
aksiyaları çərçivəsində cinayət qanunu ilə həbs edilən iki gənc də
onunla həmrəylik əlaməti olaraq aclıq aksiyası keçirir: Rezi
Kiknadze və Nikoloz Cavaxişvili.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415