“Mziyaya azadlıq” – “Batumelebi” və “Netqazeti” redaktorlarının parlament qarşısında etiraz aksiyası
Yanvarın 26-na keçən gecə “Batumelebi”nin redaktoru Eter Turadze və “Netgazeti”nin redaktoru Nestan Tsetsxladze “Mziyaya azadlıq” yazılmış etiraz plakatları ilə parlamentin qarşısında dayanıblar.

Batumelebi və Netgazeti-nin qurucusu Mzia Amağlobeli “ədalətsizliyə etiraz əlaməti olaraq” 16-cı gündür həbsxanada aclıq aksiyası keçirir.

“Demokratiya hədiyyə deyil, bizim cəmiyyət bunu ən yaxşı bilənlərdən biridir və bu, indi də özünü göstərir. Aclığı dayandırsam, bu
ədalətsizliyə şərik olduğumu hesab edərəm”
– deyə Mziya Amaglobeli Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Nona Kurdovanidzeyə bildirib.

“Netgazeti” və “Batumelebi”nin təsisçisi və direktoru Mzia Amağlobeli yanvarın 11-dən 12-nə keçən gecə iki dəfə həbs edilib. Birinci dəfə “Gürcüstan tətil edir” yazılmış etiraz plakatını asdığına görə, ikinci dəfə isə Batumi polis rəisi İrakli Dqebuadzeni sillələməsi və polisə hücum ittihamı ilə saxlanılıb. Bu ittiham 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur.

Hadisədən əvvəl iştirakçılarla polis arasında qarşıdurma və izdiham yaranıb və nəticədə polisin təxribat xarakterli hərəkətləri olub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google