Prokurorluq “Qaxariya - Gürcüstan naminə” partiyasının lideri
Qiorqi Qaxariyanı zərərçəkmiş kimi tanıyıb.
Partiyadan “Publika”ya bildirilib ki, Qaxariyaya zərərçəkmiş
statusu verildikdən sonra vəkil iş materialları ilə tanış ola
biləcək.
Yanvarın 15-də Batumidə “Şeraton” otelində “Gürcüstan naminə”
partiyasının lideri Qiorqi Qaxariya hücuma məruz qalıb.
Partiyanın məlumatına görə, hücumda “Gürcü Arzusu”nun parlament və
Acarıstan Ali Şurasının deputatları, o cümlədən
Dimitri Samxaradze
iştirak ediblər. Qaxariya hücumla bağlı danışaraq bildirib ki, bu,
“əvvəlcədən planlaşdırılmış pusqu ilə hücum” olub və “bu hücumun
təşkilatçısı və sifarişçisi Bidzina İvanişvili olub”.
Qiorqi Qaxariya xəstəxanaya yerləşdirilib. Həkim bildirib ki,
Qaxariyanın burun sümüyü sınıb və baş beyni silkələnib.
Daxili İşlər Nazirliyi Qaxariyaya qarşı hücum faktı üzrə zorakılıq
maddəsi ilə istintaq başladıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415