Estoniya Gürcüstan üçün vizasız rejimin ləğvini təklif edir
Estoniya Gürcüstan üçün Aİ/Şengen ölkələrinə vizasız gediş-gəlişin ləğvi məsələsini qaldırır.

Bu barədə Estoniyanın Xarici İşlər Naziri Marqus Tsaxkna Avropa İttifaqının Xarici İşlər Şurasının iclasından əvvəl açıqlama verib.

“Gürcüstanda vəziyyət yaxşı deyil. Avropa daha çox şey edə bilər və Estoniyanın təklif etdiyi bir addım vizasız rejimin ləğvi prosesinə başlamaqdır. Mən sabah bu rejimin dərhal ləğvindən danışmıram, lakin
bu prosesi başlatmalıyıq ki, çox dəqiq və aydın bir mesaj göndərək. Gürcüstanda hakimiyyətdə olan hökumət öz xalqını aldadır və onlar kurslarını dəyişməlidirlər. Biz Gürcüstan hökumətinin dediklərinə inanmırıq, lakin real həyatda baş verənləri görürük”,
– deyə Tsaxkna bildirib.

Bu gün Avropa İttifaqının Xarici İşlər Nazirlərinin iclasında Gürcüstan məsələsi müzakirə olunacaq.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google