On minlərlə fələstinli bazar günü İsrailin HƏMAS-ı atəşkəs
razılaşmasını pozmaqda ittiham etməsi
və keçid məntəqələrini açmaqdan imtina etməsindən sonra məyusluğunu
ifadə edərək, Qəzzanın şimalındakı evlərinə dönmək üçün bağlanmış
yollarda gözləyib.
Qəzzada saxlanılan israilli girovların İsrail həbsxanalarındakı
fələstinli məhbuslarla ikinci mübadiləsindən bir gün sonra bu
ləngimə Qəzzada militant qrupla İsrail arasında atəşkəslə bağlı
risklərin olduğunu vurğulayır.
Şahidlərin dediyinə görə, Qəzzanın mərkəzi bölgələrində insanlar
şimala gedən əsas yollar boyu bəziləri maşınlarda, bəziləri isə
piyada gözləyirdilər.
Bazar günü şahidlərin bildirdiyinə
görə, bir çox insan gecəni əsas
şimal-cənub magistralı olan Səlahəddin yolunda və şimala aparan
sahil yolunda keçirərək, Qəzza zolağının mərkəzindən keçən Netzarim
dəhlizində İsrailin hərbi mövqelərinin qarşısından keçmək üçün
gözləyib.
Misir və Qətər vasitəçiləri ilə birlikdə hazırlanan və ABŞ-ın
dəstəklədiyi razılaşmaya əsasən, İsrail şimalda evlərindən didərgin
düşmüş fələstinlilərin öz evlərinə qayıtmasına icazə verməli
idi.
Lakin İsrail bildirib ki, HƏMAS-ın azad edilməsi planlaşdırılan
girovlardan hansının sağ olduğunu göstərən siyahını təhvil
verməməsi və ya 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu
zamanı girov götürülən israilli qadın Arbel Yehudu təhvil verməməsi
qrupun razılaşmanın şərtini pozduğu deməkdir.
İsrailin bəyanatında bunun nəticəsində Qəzza zolağının şimalına
keçidlərə icazə vermək üçün Qəzzanın mərkəzində nəzarət-buraxılış
məntəqələrinin açılmayacağı bildirilir.
HƏMAS bəyanat yayaraq, İsraili ləngimə yaratmaq və gecikdirməyə
görə məsuliyyət daşıdığını bildirib.
ABŞ prezidenti Donald Tramp sənbə günü ABŞ hərbi qüvvələrinə sələfi
Co Baydenin Qəzzanın mülki əhalisinə təsirlə bağlı narahatlıq
səbəbilə İsrailə təhvil verilməməsi barədə göstəriş verdiyi
bombaların təhvil verilməsini tapşırıb.
O həmçinin Misir və İordaniyanı Qəzzadan daha çox fələstinlini
müvəqqəti və ya daimi olaraq qəbul etməyə çağıraraq, “biz hər şeyi
təmizləməliyik” deyə bildirib.
“Bu, sözün əsl mənasında dağıntı yeridir, demək olar ki, hər şey
dağıdılıb və orada insanlar ölür”, o, İordaniya kralı Abdulla ilə
telefon danışığından sonra jurnalistlərə bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415