ABŞ Prezidenti Donald Tramp şənbə günü TikTok-un alınması ilə bağlı
danışıqlar apardığını və çox güman ki, populyar
tətbiqin gələcəyi ilə bağlı yaxın 30 gün ərzində qərar verəcəyini
bildirib.
“Mən bir çox insanlarla TikTok haqqında danışmışam və
TikTok-a böyük maraq var” - Tramp Floridaya uçuş zamanı
Air Force One təyyarəsində jurnalistlərə deyib.
Reuters agentliyinin verdiyi məlumata görə, danışıqlar haqda
məlumatı olan iki nəfər Tramp administrasiyasının TikTok-u xilas
etmək üçün Oracle və bir qrup kənar investorun tətbiqin
əməliyyatlarına effektiv şəkildə nəzarəti ələ almasını nəzərdə
tutan plan üzərində işlədiyini bildirib.
Mənbələrdən birinin Reuters agentliyinə bildirdiyinə
görə, Ağ Ev
tərəfindən müzakirə edilən razılaşmaya əsasən, TikTok-un Çində
yerləşən sahibi ByteDance şirkətdəki payını saxlayacaq, lakin
məlumatların toplanması və proqram təminatının yenilənməsinə
TikTok-un veb infrastrukturunu dəstəkləyən Oracle nəzarət
edəcək.
Bununla belə, Tramp təyyarədə jurnalistlərə verdiyi açıqlamada
Oracle şirkətindən Larri Ellisonla tətbiqin alınması ilə bağlı
danışmadığını bildirib.
TikTok-u xilas etmək üçün Oracle və digər investorlarla müqavilə
üzərində işləməklə bağlı sualın cavabında Tramp bildirib: “Xeyr,
Oracle ilə deyil. Çoxsaylı insanlar, çox hörmətli insanlar onu
almaq barədə mənimlə danışırlar və mən yəqin ki, yaxın 30 gün
ərzində bu qərarı verəcəyəm. Konqres 90 gün vaxt verib. TikTok-u
xilas edə bilsək, düşünürəm ki, bu, yaxşı bir şey olardı”.
Mənbələr bildiriblər ki, Oracle ilə potensial sövdələşmənin
şərtləri qeyri-müəyyəndir və dəyişə bilər. Mənbələrdən biri
müzakirələrin tam həcminin hələ müəyyən edilmədiyini və ABŞ-da,
eləcə də digər bölgələrdə əməliyyatları əhatə edə biləcəyini
bildirib.
ABŞ-ın Milli İctimai Radiosu NPR şənbə günü danışıqlar haqda
məlumatı olan iki nəfərə istinad edərək, TikTok-un qlobal
əməliyyatları ilə bağlı danışıqların aparıldığını bildirib. Oracle
tərəfindən hələ şərh verməyib.
Mənbələrin bildirdiyinə görə, müzakirə edilən razılaşmaya
ByteDance-in ABŞ-dakı hazırkı investorları cəlb olunacaq.
Müqavilənin şərtlərinə əsasən, Oracle milli təhlükəsizlik
məsələlərinin həllinə görə məsuliyyət daşıyacaq. TikTok ilk olaraq
2022-ci ildə Oracle ilə Vaşinqtonun Çin hökumətinin müdaxiləsi ilə
bağlı narahatlığını azaltmaq məqsədilə ABŞ istifadəçilərinin
məlumatlarını saxlamaq üçün razılaşma əldə edib.
Mənbələrdən biri TikTok rəhbərliyinin qısa formatda video tətbiqi
idarə etmək üçün vəzifəsində qalacağını bildirib.
170 milyon amerikalının istifadə etdiyi proqram yanvarın 19-da
milli təhlükəsizlik səbəbilə ya ByteDance tərəfindən satılmalı
olduğu və ya qadağan edilməsini tələb edən qanunun qüvvəyə
minməsindən qısa müddət əvvəl istifadəçilər üçün müvəqqəti olaraq
dayandırılıb.
Bir gün sonra vəzifəsinin icrasına başlayan Tramp ABŞ rəsmilərinin
ByteDance-ın idarəçiliyində amerikalıların məlumatlarından
sui-istifadə riski ilə üzləşdiyi barədə xəbərdarlıq etməsindən
sonra tətbiq edilən qanunun 75 gün gecikdirilməsini nəzərdə tutan
sərəncam imzalayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415