Ukrayna Prezidenti Volodimir Zelenksi Azərbaycan qazının Avropaya
tranzitini həyata keçirməyə hazır olduqlarını bildirib.
Zelenski yanvarın 25-də Moldova Prezidenti Maya Sandu ilə birgə
keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan geniş ixrac
həcminə malikdir və bu məsələni Davosda Azərbaycan Prezidenti İlham
Əliyevlə görüşü zamanı müzakirə edib.
“
Azərbaycan 25 milyard kubmetr ixrac həcminə malikdir.
Şərqi Avropa ölkələri də daxil olmaqla qaza ehtiyacı olan ölkələrə
infrstrukturlarımızdan istifadə edərək qaz tədarük etməyə hazırıq.
Amma Rusiya qazını yox”, Zelenski deyib.
Rusiya qazının Ukrayna üzərindən Avropa ölkələrinə ixracı yanvarın
1-də tranzit müqaviləsinin müddətinin başa çatması ilə
dayandırılıb.
“
Biz rusların qazanc əldə etməsinə imkan
verməyəcəyik”, Ukrayna Prezidenti müqavilənin uzadılmaması
ilə bağlı hüquqi və mənəvi haqlarının olduğunu deyib.
“Bəs Azərbaycana öz istehsallarından qazanc əldə etmələrinə imkan
verəcəyikmi? Məmnuniyyətlə. Bizim əla münasibətlərimiz var.
Slovakiyaya və digər ölkələrə kömək etmək? Məmnuniyyətlə, əgər
söhbət Rusiya qazından getmirsə”, Zelenski əlavə edib.
Azərbaycan və Ukraynanın dövlət başçıları yanvarın 22-də İsveçrənin
Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində görüşüb. Rəsmi
Bakı görüş zamanı siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr,
energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik
məsələlərinin müzakirə olunduğunu bildirib.
Avropa Komissiyası Ukrayna üzərindən Rusiya qazının tədarükünün
dayandırılmasının “təchizat təhlükəsizliyi ilə bağlı heç bir
narahatlıq doğurmadığını” bildirsə də, Macarıstan və Slovakiya buna
etiraz edir.
Macarıstanın Baş naziri Viktor Orban yanvarın 24-də yerli mediaya
müsahibəsində Ukraynanın qaz marşrutunu açmayacağı təqdirdə,
Rusiyaya qarşı sanskiyaları yeniləməyəcəyi ilə hədələyib.
“Əgər ukraynanılar Rusiyanın sanskiya edilməsi üçün kömək
istəyirlərsə, onda qaz marşrutunu yenidən açın və Mərkəzi Avropa
ölkələrinə, o cümlədən Macarıstana lazım olan qazı Ukrayna
vasitəsilə idxal etməyə icazə verin”, Orban deyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Avropa İttifaqının (Aİ) Rusiyanın Ukraynada müharibəyə
başlamasından bəri tətbiq etdiyi sanskiyaların qüvvədə qalması üçün
hər altı aydan bir Aİ ölkələrinin yekdil qərarı olmalıdır və
hazırkı möhlət yanvarın 31-də başa çatır.