Salam Platforması Gürcüstandakı böhranlı vəziyyətlə bağlı bəyanat
yayıb. Onların fikrincə,
ölkədə dövlət qurumları faktiki olaraq dağıdılıb və heç bir
institut xalqın tələblərini təmin edə bilmir.
"Dövlət institutları dağıdılıb" – bəyanatda
deyilir.
"Xalq nə keçmiş seçkiləri, nə də mövcud hakimiyyəti tanıyır.
Beynəlxalq təşkilatlar Gürcüstandan yeni seçkilərin təyin
edilməsini və siyasi məhbusların azad edilməsini tələb
edirlər."
Avropa Assambleyası artıq bu məsələ ilə bağlı qətnamə qə
bul edib və
bir çox ölkə dinc nümayişçilərə qarşı zorakılıq, şiddət və
qeyri-insani rəftara görə Gürcüstanın yüksək vəzifəli şəxslərinə
sanksiyalar tətbiq edib.
"Gürcüstan siyasi təcridə doğru irəliləyir"
Platformanın bəyanatına görə, Gürcüstan hər gün daha çox siyasi
təcridə qərq olur və zorakı idarəetmənin xüsusiyyətlərinə
uyğunlaşır. Bu idarəetmə repressiv siyasətə əsaslanır və dinc
vətəndaşlara qarşı zorakılıqla müşayiət olunur.
"Etirazçılar azadlıq uğrunda mübarizə
aparır"
"Ölkə daxilində demokratiya, azadlıq və Avropa gələcəyi uğrunda
ciddi mübarizə gedir," –bəyanatda deyilir.
Bu proseslərdə çox sayda etirazçı qanunsuz olaraq həbs edilib.
Onların sırasında "Batumelebi" və "Netqazeti"-nin direktoru Mzia
Amağlobeli də var. O, artıq 19 gündür ki, aclıq aksiyası
keçirir.
"Onun susdurulması bütün cəmiyyətin susdurulması
deməkdir"
Platforma Amağlobelinin aclıq aksiyasını ədalətli mübarizə hesab
edir və ona həmrəylik ifadə edir.
"Onun həyatı və sağlamlığı hazırda ciddi təhlükə
altındadır. Onun susmağa məcbur edilməsi yalnız şəxsi məsələ deyil,
həm də bütün cəmiyyətin problemi və insanları susdurmaq, ifadə
azadlığını məhdudlaşdırmaq deməkdir," – bəyanatda
bildirilir.
"Etiraz artıq bölgələrə də yayılıb"
Platformanın məlumatına görə, etiraz aksiyaları artıq yalnız
Tbilisi ilə məhdudlaşmır və bölgələrə də yayılıb.
"Dünən Dmanisidə ictimai fəal və “Görüş Yeri”-nin təsisçisi
Laşa Çxvimiani baş verən proseslərə etiraz olaraq aclıq aksiyasına
başlayıb," –platforma nümayəndələri bildirirlər.
Platformanın mövqeyi
"Biz inanırıq ki, xalq mütləq ədalətli mübarizədə qalib
gələcək!"
Siyasi məhbuslara azadlıq!
Mzia Amağlobeliyə azadlıq!
Laşa Çxvimianiyə həmrəylik! – deyə gənc fəallar bəyan edirlər.