Polis bir neçə fəalı, o cümlədən siyasətçi Nika Melia və Tbilisinin sabiq meri Qiqi Uqulavanı həbs edib
Tbilisidə, “Tbilisi Mall” ticarət mərkəzinin qarşısında keçirilən etiraz aksiyası zamanı avtomobil yolu demək olar ki, tamamilə bağlanıb. Polis bir neçə fəalı, o cümlədən siyasətçi Nika Melia və Tbilisinin sabiq meri Qiqi Uqulavanı həbs edib.

Hadisə yerində Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəhbəri “Xareba” olub. Şahidlərin sözlərinə görə, o, saxlanılan şəxsləri xüsusi təyinatlıların yanına aparıb və onlara
fiziki zorakılıq tətbiq edərək ayaqları ilə vurub.

Etirazçılar yolu bağlaya bilməyiblər, çünki “Gürcü Arzusu” hökuməti Ağmaşenebeli şossesinin bağlanılması elan edildikdən sonra təcili qaydada qanun qəbul edib. Bu qanuna əsasən, şosse strateji əhəmiyyətli obyektlərin siyahısına daxil edilib və onun bağlanılması cinayət əməli hesab olunub. Bu əmələ görə 4 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Hadisə yerinə çoxlu sayda polis və xüsusi təyinatlılar səfərbər olunmuşdu. Onlar fəallara yolda hərəkət etməyə imkan vermirdilər. Yolu bağlamağa cəhd edən hər kəs saxlanılır, zorakılığa məruz qalır və polis bölməsinə aparılırdı.

Davam edən qarşıdurmadan sonra etirazçılar aksiyanı Ağmaşenebeli şossesindən Rustaveli prospektinə doğru irəlilədiblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google