Nika Melia sərbəst buraxılıb, o, polis zorakılığından danışır
Tbilisi Mall yaxınlığında keçirilən etiraz aksiyasında saxlanılan Nika Melia sərbəst buraxılıb.

O, İsani-Samqori polis idarəsinin rəis müavini Qiorqi Çokurinin fiziki şiddət tətbiq etməsi barədə danışır.

“Mən heç vaxt belə aqressiv insanlar görməmişəm. Dəfələrlə həbs olunmuşam, amma heç vaxt polis binasında əli qandallı şəxslə fiziki təmasda olmamışam. Bu gün bu baş verdi. İsani-Samqori polis idarəsinin rəis
müavini Qiorqi Çokuri ilə söhbət etdim. Qiorqi Çokuri stulda oturan əli qandallı kişiyə təpik atdı. Ayağa qalxdım və adekvat cavab verdim. Orada 7-8 polis əməkdaşı dayanıb, həmin şəxsi saxlayıblar. O, ikinci hücuma başlayanda öz əməkdaşları onun qarşısını aldılar”,
– deyən Nika Melia azadlığa çıxdıqdan sonra hüquq-mühafizə orqanlarını hadisənin videogörüntülərini yaymağa çağırıb.

Nika Melia 2 fevralda Tbilisi Mall yaxınlığında keçirilən etiraz aksiyasında həbs edilib.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google