Mzia Amağlobeli ilə bağlı inzibati hüquq pozuntusu üzrə məhkəmə iclası təxirə salınıb

Onlayn nəşrlərin, "Batumelebi" və "Netgazeti"nin təsisçisi Mzia Amağlobeli haqqında inzibati hüquq pozuntusu üzrə məhkəmə iclası 6 mart tarixinə təxirə salınıb.

İclas saat 17:00-da başlayacaq.

Məhkəmə hakimi Salih Şainidze bildirib ki, iclasın təxirə salınmasının səbəbi, müdafiə tərəfinin inzibati hüquq pozuntusu işi ilə bağlı sənədləri təqdim etməməsi və Mzia Amağlobelinin virtual şəkildə iştirakının baş tutmamasıdır.

"O iclasda iştirak
edə bilmir, səbəbini bilmirik. O, iclasda iştirak etmək istəyini bildirib, həbsdədir, buna görə də bu günkü iclası onun iştirakı olmadan keçirə bilmərik",
- hakim qeyd edib.

Bugünkü məhkəmə iclasına Mzia Amağlobelinin müdafiə tərəfi qatılmayıb. "Gənc Hüquqşünaslar Assosiasiyası" tərəfindən "Azadlıq Radiosu"na verilən məlumata görə, bunun səbəbi, iclasın təyin edilməsi barədə məlumatın onlara verilməməsidir. Mzia Amağlobelinin mövqeyinə gəldikdə isə, "virtual şəkildə iştirak etmək istəyinin olub-olmaması məsələsi özü ilə birbaşa yoxlanılacaq" , - hakim bildirdi.

15 fevralda GGHA bəyanat yayıb, burada bildirilib ki, inzibati hüquq pozuntusu üzrə protokol təqdim edilməyib, bu isə məhkəmənin işin araşdırılmasına başlamazdan əvvəl tələb olunan sənəddir. "Hüquq pozuntusunun təyin edilməsi və müzakirəsi tərəflərə xəbərdarlıq edilmədən qadağandır", - GGHA vurğulayıb.

2025-ci il yanvarın 11-də polis, Batumidə aksiya keçirən nümayişçiləri saxlayıb. Aksiya iştirakçıları "Gürcüstan 15 yanvar, saat 15:00-da tətil edir" yazılı stikerləri divarlara yapışdırırdılar.

Mzia Amağlobeli, dostu və həmkarı Tsiala Katamidzenin saxlanıldığını eşidəndə özü də aksiyaya qatılıb, bir nəfərdən stiker götürüb və onu divara yapışdırıb. Bu zaman Mzia Amağlobeli inzibati qaydada saxlanılıb.

Saxlanıldıqdan təxminən bir saat sonra jurnalist, imza ilə sərbəst buraxılıb.

"İctimai sahədə Mzia Amağlobelinin saxlanılması ilə bağlı kadrlarda görünür ki, Acara polis rəisi Qriqol Beselia, stikerin yapışdırılmasından dərhal sonra onu saxlayır və Mzia Amağlobeli heç bir müqavimət göstərmədən qanunsuz həbsə razı olur.

İnzibati hüquq pozuntuları üzrə qanunlar, polisin yalnız müəyyən hallarda şəxsi saxlamağa hüququ olduğunu göstərir. Stikerin divara müvəqqəti yapışdırılması, imicin pozulması kimi qəbul edilməməlidir. Eyni zamanda, bu qanunda, stikerlərin müvəqqəti yerləşdirilməsinin qadağan edilməsi nəzərdə tutulmur"
, - hüquq müdafiəçiləri qeyd ediblər.

Hüquq müdafiəçiləri bildirirlər ki, Mzia Amağlobelinin qanunsuz saxlanılmasının üstü örtülməyə çalışılıb və polis saxlanma aktını inzibati hüquq pozuntuları kodeksinin 173-cü maddəsi ilə tərtib edib, bu, saxlanılarkən Mziaya təqdim edilməyib.

Onlar əlavə edirlər ki, saxlanma aktında Mzia Amağlobelinin polisləri təhqir etdiyi və onlara qarşı hörmətsizlik etdiyi barədə yanlış məlumat yer alıb.

İnzibati saxlanma aktı Mzia Amağlobeli adına Daxili İşlər Nazirliyinə şikayət edilib, lakin hələlik şikayət üzrə hər hansı qərar qəbul edilməyib.

"Batumelebi" və "Netgazeti"nin təsisçisi və direktoru Mzia Amağlobeli artıq 37-ci gündür ki, aclıq aksiyası keçirir.










 

Print Email
FaceBook Twitter Google