Anri Oxanaşvili Qiorqi Dqebuadzeni özünə müavin təyin edib
Anri Oxanaşvili Qiorqi Dqebuadzeni özünə müavin təyin edib. Qiorqi Dqebuadze hüquq elmləri doktoru və İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin dosentidir.

O, əvvəllər Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsində beynəlxalq əlaqələr və elmi tədqiqatlar üzrə dekan müavini vəzifəsində çalışıb.

“Gürcü arzusu”nun Ədliyyə Nazirliyinin məlumatına görə, Qiorqi Dqebuadze müxtəlif vaxtlarda Köln Universitetinin Beynəlxalq Sülh və Təhlükəsizlik Hüququ İnstitutunda
və Frayburqdakı Maks Plank Xarici Ölkələr və Beynəlxalq Cinayət Hüququ İnstitutunda tədqiqat layihələrində çalışıb. O, Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Apellyasiya Palatasında dəvət olunmuş ekspert kimi çalışıb.

Anri Oxanaşvilinin Qiorqi Dqebuadze ilə birlikdə 5 müvini var: Levan Xaranauli; İrakli Beraia; Beka Dzamaşvili; Niko Tatulaşvili.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google