"Gürcü Arzusu" Cinayət Məcəlləsinə "Vətənə xəyanət" maddəsinin əlavə edilməsini planlaşdırır
"Gürcü Arzusu" Cinayət Məcəlləsinə "Vətənə xəyanət" maddəsinin əlavə edilməsini planlaşdırır. Gözlənilən qanunvericilik dəyişikliyi barədə partiyanın icraçı katibi Mamuka Mdinaradze partiya ofisində keçirilən brifinqdə danışıb.

"Bizim qərarımıza əsasən, Gürcüstanın Cinayət Məcəlləsinə "Vətənə xəyanət" maddəsi əlavə olunacaq. Daha dəqiq desək, bu maddə bərpa ediləcək, çünki vaxtilə onu "Vahid Milli Hərəkat" Cinayət Məcəlləsindən çıxarıb. Bu, kimisə təəccübləndirsin və ya təəccübləndirməsin, rəmzi
məna daşısın və ya daşımasın – fakt budur ki, bunu ediblər. Üstəlik, bu qərar avqust müharibəsindən əvvəl, 2007-ci ilin aprel ayında qəbul edilib"
, – deyə Mdinaradze bildirib.

Bundan əvvəl isə "Gürcü Arzusu"nun nəzarətində olan parlamentdə "Vahid Milli Hərəkat" hakimiyyətinin fəaliyyətini araşdıracaq müvəqqəti istintaq komissiyası yaradılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google