Zelenski Yaxın Şərqə turnesi çərçivəsində Türkiyəyə səfər edəcək
Ukrayna prezidenti Volodomir Zelenski Yaxın Şərq ölkələrinə turnesi çərçivəsində fevralın 18-də Türkiyəyə səfər edəcək. Zelenski Yaxın Şərq ölkələrinə səfərinə fevralın 16-da başlayıb, lakin rəsmi Kyiv bildirib ki, onun Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyəni əhatə edən səfəri iqtisadi əlaqələri gücləndirmək məqsədi daşıyır və ABŞ və ya Rusiya rəsmiləri ilə heç bir görüş planlaşdırılmır.

Türkiyə Prezident
Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Zelenskinin fevralın 18-də Türkiyəyə səfər edəcəyini təsdiqləyib və onun prezident Rəcəb Tayyib Ərdoğanla görüşərək, “regional və qlobal” məsələləri müzakirə edəcəyini bildirib.

Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Səfər zamanı həmçinin Ukraynada baş verən son hadisələr, digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”, Fəxrəddin Altun X sosial media hesabında etdiyi paylaşımda bildirib.

Zelenskinin Ankaraya səfərinin gözlənildiyi vaxt ABŞ prezidenti Donald Trampın keçən həftə Rusiya prezidenti Vladimir Putinlə 1,5 saatlıq telefon danışığından sonra Rusiya və Ukrayna arasında müharibənin dayandırılmasına nail olmaq üçün ABŞ və Rusiya rəsmiləri Səudiyyə Ərəbistanında görüşür.

Fevralın 17-də Səudiyyə Ərəbistanına səfər edən ABŞ dövlət katibi Marko Rubio, eləcə də ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Valz və Tramp administrasiyasının Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff çərşənbə axşamı danışıqlara qatılacaqlar.

Kremldən verilən məlumata görə, danışıqlarda Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov və xarici işlər müşaviri Yuri Uşakov iştirak edəcək.

Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Ukrayna iştirak etmir.

Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanı və Türkiyənin də daxil olduğu Yaxın Şərq turu çərçivəsində səfər etdiyi Əbu-Dabidə jurnalistlərə açıqlamasında ABŞ və Rusiya rəsmiləri arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda iştirak etməyəcəyini bildirib.

Zelenski Ukraynanın Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarından xəbərsiz olduğunu və Ukrayna olmadan Ukrayna ilə bağlı istənilən danışıqların nəticəsiz olacağını düşündüyünü bildirib.

Zelenski Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında jurnalistlərə deyib: “Bizimlə bağlı heç bir razılaşmanı biz olmadan qəbul edə bilmərik”.

Eyni zamanda, Fransa prezidenti Emmanuel Makron ABŞ-ın münaqişəyə yanaşmasının dəyişməsi və ABŞ rəsmilərinin Avropanın sülh danışıqlarında rolunun olmayacağına dair təklifləri fonunda bazar ertəsi Ukraynada vəziyyətlə bağlı müzakirələr aparmaq üçün bir qrup Avropa liderini qəbul etməyə hazırlaşır.

İştirak edəcəyi gözlənilənlər arasında İngiltərə, Almaniya, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarka liderləri də var. NATO baş katibi Mark Rutte, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də görüşdə iştirak etməlidir.

Avropa liderləri son günlər Ukraynaya davamlı dəstək vəd edib, o cümlədən Böyük Britaniyanın baş naziri Keir Starmer onun hökumətinin müharibədən sonrakı istənilən sülhməramlı qüvvələrin bir hissəsi kimi Ukraynaya qüvvə göndərməyə hazır olduğunu bildirib.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google