İntensiv yağan qar nəticəsində əhaliyə vurulan ziyanın
araşdırılması üçün xüsusi komissiya fəaliyyət göstərəcək, – müvafiq
qərarı “Gürcü Arzusu” partiyasının baş naziri İrakli Kobaxidze
verib.
“Gürcü Arzusu"nun hökumət administrasiyasının məlumatına görə,
“Komissiya qarın səbəb olduğu ziyanı ətraflı şəkildə araşdıracaq,
bundan sonra isə müvafiq qərarlar veriləcək”.
"Qar nəticəsində zədələnmiş evlər dövlət tərəfindən
bərpa ediləcək, evləri təmir edilə bilməyən vətəndaşlar isə
alternativ yaşayışla təmin olunacaq. Zədələnmiş damların təmiri və
kiçik infrastruktur işləri dərhal başlayacaq və qısa müddətdə başa
çatdırılacaq”, – məlumatda qeyd edilib.