Kaladze: Əgər kimsə nəyəsə hazırdırsa, bələdiyyə seçkiləri qarşıdadır, parlament seçkiləri isə 2028-ci ildə olacaq
"Bu, adi bir cəfəngiyyat və absurddur, bunu sizə 100% əminliklə deyə bilərəm. Bir neçə aydan sonra Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin təyin edəcəyi bələdiyyə seçkiləri keçiriləcək.

Əgər kimsə nəyəsə hazırdırsa, bələdiyyə seçkiləri qarşıdadır – çıxsınlar, iştirak etsinlər və nəticələrin necə olacağını görsünlər. Növbəti parlament seçkilərinə gəlincə, o, qanunla müəyyən edilmiş müddətdə – 2028-ci ildə keçiriləcək.

Qalan hər
şey isə gördüyümüz kimi absurddur və tamamilə mənasızdır. Əgər kimsə Rustaveli küçəsinə çıxırsa və bir neçə nəfər toplanırsa, hər kəsin toplaşmaq və öz fikrini ifadə etmək hüququ var. Əsas odur ki, bu, dinc şəkildə baş versin,"
– deyə Tbilisinin meri Kaxa Kaladze parlament seçkilərinin yenidən keçirilməsi ilə bağlı çağırışlara münasibət bildirib.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google