Baltikyanı ölkələr tərəfindən sanksiya tətbiq edilən şəxslər – siyahı
Litva, Latviya və Estoniya Gürcüstanın onlarla vətəndaşına qarşı sanksiya tətbiq edib. Sanksiya siyahısına hakimlər, prokurorlar, yüksək rütbəli polis əməkdaşları, deputatlar və digər şəxslər daxildir.

Sanksiyaya məruz qalanların ən çoxu Litvadadır – 74 nəfər, sonra Estoniya gəlir – 55 nəfər, ən azı isə Latviya sanksiya tətbiq edib – 16 nəfər.

Litva və Latviya tərəfindən sanksiya tətbiq
olunanların siyahısı hələ açıqlanmayıb. Estoniyanın sanksiya siyahısında isə Netgazeti/Batumelinin həmtəsisçisi və direktoru Mzia Amağlobelinin işi üzrə prokuror, zərərçəkmiş kimi tanınan Batumi polis rəisi İrakli Dgebuadze və şahid qismində iştirak edən polis əməkdaşları var. Həmçinin, Avropayönlü etirazlar zamanı saxlanılan şəxslərin işlərinə baxan prokurorlar və hakimlər də siyahıya daxil edilib. Estoniyanın sanksiya tətbiq etdiyi şəxslər arasında "Gürcü Arzusu" partiyasının və Rusiya tərəfdarı zorakı qrupların (Alt-Info) üzvləri də var.

Sanksiya tətbiq olunan hakimlər:
  • İrakli Xuskivadze, Tamar Mçedlişvili, Lela Maridaşvili, Levan Kolbaia, David Mqeliaşvili, Nana Şamataşvili, Teona Epitaşvili, Arsen Kalatozişvili, Lela Kalisçenko, David Kurtanidze, İrma Toqonidze, Quliko Kajaşvili, Ketevan Jaçvaze, Nino Taraşvili, Qiorqi Qelaşvili, Natia Qudadze, Nato Xujadze, Zviad Şaradze, Eka Barbakadze, Nino Saxelaşvili, Malxaz Okropiraşvili, Vera Dolidze.
Sanksiya tətbiq olunan prokurorlar:
  • Vaja Todua, Şmagi Qobecişvili, Zviad Qubeladze, Anna Metreveli, Qiorqi Mukbaniani, Roin Xintibidze, Vladimir Turmanidze, Nuqzar Çitadze, Tornike Qoqeşvili, Paata Tsexeladze, Zaza Metonidze.
Sanksiya tətbiq olunan polis əməkdaşları:
  • Qiorqi Çarekaşvili, Tornike Menabde, Sulxan Kiknadze, Revaz Tsurtsumia, Zviad Marqveliani, Zurab Qaribaşvili, David Maruaşvili, Otar qelaşvili, Nodar Zenaişvili, Berdia Peradze.
Acarıstan polisinin yüksək rütbəli əməkdaşları:
  • Qriqol Beselia, David Atabeqaşvili.
Batumi polisinin yüksək rütbəli əməkdaşları:
  • İrakli Dgebuadze, Qoça Vanadze.
Sanksiya tətbiq olunan parlament üzvləri:
  • Laşa Talaqadze, İrakli Zarkua, Viktor Sanikidze, Qela Samxarauli, Beka Odişaria (keçmiş deputat).
Alt-Info ilə əlaqəli şəxslər:
  • Konstantine Morqoşia, Zurab Maxaradze.
Estoniya Xarici İşlər Naziri Magnus Tsahkna sanksiya tətbiq olunan şəxslərə qadağalarla bağlı sənədləri artıq imzalayıb.

"Biz 55 Gürcüstan vətəndaşını ölkəyə giriş qadağası olan şəxslər siyahısına əlavə etdik. Siyahıda hakimlər, prokurorlar, yüksək vəzifəli polis rəsmiləri və adi polis əməkdaşları, sosial platforma yaradan şəxslər və etirazçıların təqibində iştirak edən parlament üzvləri var. Bu şəxslər zorakılıqda iştirak edib və ya zorakılıqla hədələyib. Gürcüstanda etirazçılara, jurnalistlərə və müxalifət liderlərinə qarşı zorakılıq qəbuledilməzdir, cinayətdir və insan haqlarının pozulmasıdır” – deyə Magnus Tsahkna bildirib.

Bu, Baltikyanı ölkələrin Gürcüstan vətəndaşlarına qarşı ilk sanksiya tətbiqi deyil – daha əvvəl "Gürcü Arzusu" partiyasının üzvləri, hakimlər və hüquq-mühafizə orqanlarının nümayəndələri də sanksiyaya məruz qalmışdı.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google