Parlamentin Hüquq Məsələləri Komitəsi "FARA" qanununu birinci
oxunuşda təsdiqləyib.
Parlamentin rəsmi saytında "FARA" qanun layihəsi 24 fevralda dərc
edilib. Lakin dərc olunan mətn ABŞ yurisdiksiyasında olan şəxslərə
və ABŞ institutlarına aid idi. Qanun layihəsində Gürcüstan haqqında
heç bir qeyd yox idi və orada "xarici prinsipal", "xarici
prinsipalın agenti", "ştat qanunları" kimi terminlər istifadə
olunurdu.
Komitənin iclasında
Gürcü Arzusu partiyasının deputatı Arçil
Qorduladze izah edib ki, bu terminlər Gürcüstan reallığına və
qanunvericiliyinə uyğun olaraq dəyişdiriləcək. Məsələn, qanunun
icraedici qurumu olaraq Ədliyyə Departamenti yox, Antikorrupsiya
Bürosu göstəriləcək, çünki Gürcüstan reallığında Ədliyyə
Departamenti mövcud deyil.
Qorduladze əlavə edib ki, onlar "daha sərt, lakin effektiv bir
qanun qəbul edirlər və əgər kimsə buna etiraz etmək istəyirsə,
ABŞ-da – Ağ Evin və ya Konqresin qarşısında sərbəst şəkildə etiraz
edə bilər".
24 fevralda İvanişvilinin parlament bürosunun iclasında "FARA"
qanun layihəsi qeydə alınıb və müzakirə üçün Hüquq Məsələləri
Komitəsinə təqdim edilib.
Qanunvericilik dəyişiklikləri ilə bağlı açıqlamanı İvanişvilinin
nümayəndəsi Mamuka Mdinaradze 5 fevralda verib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415